"Mançester Yunayted" İngiltərə Premyer Liqasının ilk turunda "Suonsi" ilə matça ciddi itki ilə çıxacaq.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın qol silahı Robin van Persi bu oyunda iştirak edə bilməyəcək.
"MY"nın baş məşqçisi Lui van Qal deyib ki, hollandiyalı hücumçu DÇ-2014-dən sonra fiziki cəhətdən tam hazır olmadığı üçün "Suonsi" ilə görüşü buraxacaq.
Qeyd edək ki, "Mançester Yunayted" - "Suonsi" qarşılaşması avqustun 16-ı keçiriləcək.