Almaniya millisindəki karyerasını başa vuran Məsut Özilə "Arsenal"dakı komanda yoldaşı Hektor Belyerin dəstək olub.
Teleqraf.com xəbər verir ki, ispan yarımmüdafiəçi "Tvitter" hesabında bununla bağlı yazıb: "Ölkəsi üçün sərhədlər içində və kənarında çox şey etmiş birinə belə hörmətsizilik etmək gərəksizdir. Bravo, Məsut. Bu davranışa qarşı sinə gərməyin möhtəşəmdir."
Özülə daha bir dəstək alman futbolçu Lukas Podolskidən gəlib.
Podolski sosial şəbəkədəki paylaşımında Özülə dəstəyini ifadə edib: "Çox vaxt birlikdə qazandıq, bəzər bacarmadıq. Bəli, bu futboldu. Səninlə komanda yoldaşı olmaq bizə xoş idi. Əyləncəli və qəhqəhə dolu anlar yaşadıq. Hər zaman xöşbəxt ol və pozitivliyini qoru!".
Qeyd edək ki, Məsut Özil, İlkay Gündoğan və Cenk Tosun may ayında Türkiyə prezidenti Rəcəp Tayyıp Ərdoğanla görüşüb, şəkil çəkdirib, prezidentə forma hədiyyə ediblər. Elə həmin fotodan sonra Almaniyada Məsut Özil və İlkay Gündoğan təzyiqlərə məruz qalmışdı.