"Ştutqart"ın futbolçusu Mario Qomes Almaniya millisindəki karyerasını başa vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə 33 yaşlı hücumçu özünün "Feysbuk" hesabında yazıb.
Qeyd edək ki, 2007-ci ildən Almaniya yığmasının əsas komandasında oynayan M.Qomes 78 matçda 31 qol vurub.
Xatırladaq ki, bundan əvvəl "Arsenal"ın oyunçusu Məsut Özil Almaniya millisindək karyerasını bitirmişdi.