14 Avqust 2018 17:30
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Temue Bakayoko bundan sonra “Milan” klubunun şərəfini qoruyacaq.

Teleqraf.com “Sports.ru”ya istinadla xəbər verir ki, "Milan" futbolçunu bir il müddətinə icarəyə götürüb. Məlumata görə, İtaliya təmsilçisi icarə bitdikdən sonra heyətinə cəlb edilə bilər.

Qeyd edək ki, daha əvvəl yayılan xəbərlərdə “Milan”ın “Çelsi” oyunçusunu 5 milyon avro müqabilində bir il müddətinə icarəyə götürəcəyi və daha sonra 35 milyon avro qarşılığında transfer edəcəyi bildirilirdi.


Müəllif: Nərgiz

Oxşar xəbərlər