19 Avqust 2018 01:45
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yuventus"un yeni transferi Kriştiano Ronaldu Turin klubunda rəsmi debüt edib.

"Report" xəbər verir ki, portuqaliyalı hücumçu İtaliya A seriyasının 1-ci turunda "Kievo"ya qarşı matçda ilk oyununa çıxıb. 90 dəqiqə meydanda olan Kriştianu Ronaldu qol vura bilməyib.

"Yuvenmtus" klubunun baş məqçisi Massimiliano Alleqri Kriştianu Ronaldunun debütü barədə fikirlərini bildirib: "O, fiziki cəhətdən çox güclüdüş Ronaldu cəmi yeddi gün bizimlə məşq etdi, amma heyif ki, bu günkü görüşdə qol vura bilmədi. Onun komandaya tez uyğunlaşmasına heyranam".

Qeyd edək ki, "Kievo" - "Yuventus" görüşü qonaq komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.


Müəllif: Teleqraf.com