Avqustun 25-də Topaz Premyer Liqasının üçüncü turunun ikinci görüşündə çempionatın debütantı “Sabah” komandası “Zirə”nin qonağı olub.
Teleqraf.com xəbər verir ki, “Dalğa Arena”da keçirilmiş oyun “Sabah”ın qələbəsi ilə başa çatıb - 2:0.
Baş hakim Orxan Məmmədovun idarə etdiyi görüşdə 2-ci və 30-cu dəqiqələrdə Marko Deviç dubla imza atıb. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişməyib.
Beləliklə, bu oyundan sonra xallarının sayını altıya çatdıran “Sabah” çempionatda ikinci sıraya yüksəlib. “Zirə” isə bir xalla yeddinci pilləyə enib.
Qeyd edək ki, üçüncü tura avqustun 26-da keçiriləcək iki oyun ilə yekun vurulacaq. Həmin gün saat 18:00-da “Keşlə” komandası “ASK Arena”da “Səbail”i qəbul edəcək.
Turun saat 20:30-da başlayacaq mərkəzi oyununda indiyədək keçirilmiş bütün çempionatların iştirakçısı olan Azərbaycanın iki ən titullu komandası - “Neftçi” və “Qarabağ” “Azersun Arena”da 73-cü dəfə üz-üzə gələcək.