31 Avqust 2018 00:38
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Futbolçularımı təbrik edirəm. Sonadək yaxşı oynadılar, əsl idman xarakteri göstərdilər. Bu komandayla fəxr edirəm. Nəyi görmək istəyirdim, onu da görüm”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində Moldovanın "Şerif" klubuyla cavab matçından sonra keçirdiyi mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis öncə 3:0 hesablyla qlaib gələrək qrupa çıxdıqları görüş haqda fikirlərini bildirib:

“Ardıcıl 5-ci dəfə pley-ofda oynadıq və hamısından qalib ayrıldıq. Klub rəhbərliyini təbrik edirəm. Onlar həmişə arxamızda olub. Azarkeşlərimiz möhtəşəm idi və onların hər birinə təşəkkür edirəm. Hamıya bu diqqətə, marağa görə minnətdarlığımı bildirirəm. Rəqibə də uğurlar arzulayıram. "Şerif" bizə çətinlik yaratdı”.

- Əvvəlki oyunlarda komandada uyğunlaşmada problem görünürdü. Sizin istədiyiniz komandaya nə qədər var?

- Həmişə demişəm ki, nəticə olsa belə, problemlər var. Bunu bilirik və qabartmırıq. Çalışırıq ki, əlimizdə olan komanda maksimum yaxşı oynasın. Baş məşqçi kimi düşünə bilərəm ki, istədiyim komandanı bu günədək formalaşdıra bilməmişəm. Ancaq komandamdan həmişə razı olmuşam. İradlarımızı, çatışmazlıqlarımızı komanda daxilində bildirmişəm. Bu oyunda futbolçularımızın xarakterindən zövq aldım.

- Müdafiə xətti inamlı çıxış etdi. Yalnız Bədavi Hüseynovda bir az inamsızlıq vardı..

- Razıyam, rəqib də bundan istifadə edə bilərdi. Hər oyuna yaxşı motivasiya olunmuşuq. Bu dəfə də onu gördüm. Ümumən, bütün komanda müdafiə olunur, həm də hücum edir.

- Sizcə, futbolçularımız psixoloji baxımdan daha çox yorulumuşdu, yoxsa fiziki? Onu da nəzərə alaq ki, son günlərdə komandaya təzyiq var..

- Psixoloji yoğrunluq fiizki yorğunluğa təsir göstərir. Başqa cür mümkün deyil. Ümumiyyətlə, idmanda hər hansı dəqiqlərdə bunu yaddan çıxarırsan. Çünki meydanda mübarizə aparırsan. Hər iki komponentdə yorğunluğun olması normaldı. Bu olmasaydı, xarakteri istədiyimiz nəticəni görə bilməzdim.

- Bundan sonra yeni transferlər gözlənilirmi?

- Açığı, dünən Arazla Abdullayevlə bağlı bildirmişəm. Hələ ki bir şey edə bilmirik. Ancaq yeni transfer istəyirəm. Araz son 2 gündə fərdi məşq etdi. Klublarıyla razılıq olsa, Arazı transfer edəcəyik. Sabah gecə "transfer pəncərəsi" bağlanır.

- BATE-yə məğlubiyyətdən sonra sosial mediada həm sizə, həm də kapitanınıza xeyli tənqid vardı. Onlara cavabınız var?

- Sosial şəbəkədə yoxam və mediada tənqidləri oxumuşam. Həmişə bu fikirlərə normal yanaşmışam. Tənqidsiz necə işləmək, yaşamaq olar? Açığı, belə uğursuz oyunlardan sonra bir az tələsik tənqid olur. Nəticədə futbolçular oyuna gərginlik çıxır ki, bu məni narahat edirdi. Azarkeşlərə narazılıq edə bilmərəm. Onlar bizi dəstəkləyirlərsə, tənqid etməyə haqları var. Çünki nəticə istəyirlər. Futbolu onlar üçün oynayırıq. onları sevindirmək istəyirik.

- Bu 5-ci vəsiqə daha önəmli idi. Çünki futbolumuzda,"Qarabağ"da eniş haqda danışılırdı. Demək olarmı ki, bu qələbə ikiqat sevinc oldu?

- Həqiqətən bu uğur vacib idi. Hər il nə qədər uğur qazanırıqsa, növbəti il daha çox tələb edirlər. Bu qələbə futbolumuzun inkişafı üçün daha böyük şansdı.

- Qrup oyunlarınız yenə Bakı Olimpiya Stadionunda ola bilərmi?

- Tofiq Bəhramov adına Respublika stadionunu sifariş etmişik. Ancaq başqa bir şey olsa, buna hazırıq.

- Qrupda hansı üslublu komandalarla düşməməyə üstünlük verərdiniz?

- İnanın ki, fərqi yoxdu. Bu gün futbol o səviyyəyə gəlib ki, daha çox rəqibə uyğun oynayırlar və bunun əsasında nəticə qazanmağa çalışırllar. Əlbəttə, bunu böyük komandalara aid etmirəm. Qalanları eyni səviyyəli komandalardı və bu zaman bizə daha çətin olur. Nəticəyə görə hər oyunda komandalar fərlqi futbol göstərir. Kim düşsə, xeyilrlisi. Rəqiblərdən asılı olmayaraq uğurlu çıxış etməyə çalışacağıq.

- "Astana" da qrupa düşdü. Onunla rəqib olmaq sizə maraqlı olar?

- Belə heç vaxt arzu etməmişəm ki, kimsə bizə düşsün. Hansı bizə xeyirlidirsə, o da düşsün. "Astana" düşsə, lap yaxşı olar. Almeydaya gəlincə, onu bir neçə gündən sonra millidə görəcəyəm (gülür).

- Son vaxtlar yetərincə sıx qrafikdə olsanız da, böyük enerjiyə maliksiniz. Bunu hardan alırsınız?

- Son vaxtlar iş, gərginlik həddən artıq çox olur. Bəzən çox yoruluram. Mənə bu komandalar tapşırılıb, həvalə olunub. Çalışmalıyam ki, yorulmağıma baxmayaraq, bütün gücümü aərf edim. Başqa bir işimiz də yoxdur. İnanın ki, son vaxtlar evdə normal olmuram. Hətta bəzən uşaqlar küsürlər. Düşünürəm ki, qarşıda çox vacib oyunlar gəlir. Çalışıb özümüzü toparlamalıyıq. Yaxşı nəticə əldə etməyə çalışacağıq. Sağ olsun "Qarabağ" və AFFA rəhbərliyi, hər bir halda məni başa düşürlər. Bəzən güzəştə gedirlər. Mənə güvəniblərsə, etimadı doğrultmalıyam.

- Bu qələbədən sonra Millətlər Liqaısnda ilk oyunda uğurlu nəticə gözləyə bilərikmi?

- Ümumiyyətlə, hər bir uğurmuz milli komandaya böyük köməkdi. Bugünkü qələbə futbolçulara ən azından böyük inam verəcək. Peşəkaram və çalışacam ki, hər bir yerdə özümü motivasiya edim. Əlbəttə, qalib gəlməyimiz mənə də əlavə güc, istirahət verəcək. Futbolçular millidə istəkli olacaqlar və çalışacaqlar ki, azarkeşləri qələbəylə sevindirsinlər.

- Keçənilki "Şerif" sizə daha çətinlik yaratdı, yoxsa budəfəki?

- Onda da güclü idi, bu dəfə də. Ola bilər ki, bu il daha yaxşı müdafiə olunurdu. Oyun sistemləri fərqli idi.

- Zədəli Dani Kintana qrupda oynaya biləcəkmi?

- Dani burda əməliyyat olundu, 7 gün sonra yenidən müaliyə olunacaq. Bir ay sonra oynaya bilər. Miçel də istirahətdən sonra komandaya qoşula biləcək.

/Qol.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər