"Çelsi" qapıçısı Tibo Kurtua ilə müqavilənin müddətini uzatmağa qərar verib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, İngiltərə Premyer Liqasının ilk turunda "Börnlü" ilə matçda qapını qoruyan gənc qolkiperə beş illik yeni müqavilə təklif olunacaq.
Yeni müqavilə ilə o, həftəlik 30 min funt sterlinq qazanacaq.
Qeyd edək ki, T.Kurtua son üç mövsüm "Atletiko"da (Madrid) icarə əsasında çıxış edib.