30 Sentyabr 2018 19:21
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Formula 1" üzrə Rusiya Qran Prisinə yekun vurulub.

Teleqraf.com xəbər verir ki, Soçidə keçirilmiş yarışın qalibi adını böyük "Mercedes" pilotu Lüis Hemilton qazanıb.

Böyük britaniyalı idmançının finlandiyalı komanda yoldaşı Valtteri Bottas ikinci, "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel üçüncü yeri tutub.

Ümumilikdə finişə 20 iştirakçıdan 18-i çata bilib.

Bu qələbədən sonra xallarını 281-ə çatdıran Hemilton liderliyini davam etdirib. Fettel 241 xalla ikinci, "Ferrari"nin finlandiyalı pilotu Kimi Raykonen isə 174 xalla 3-cüdür. Avtomobillərin mübarizəsində isə ilk 3 yeri 495 xalla "Mercedes", 442 xalla "Ferrari" və 292 xalla "Red Bull Rasing Tag Heuer" tutur.

Növbəti Qran Pri oktyabrın 7-də Yaponiyada keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər