Ötən həftə UFC-229 turniri çərçivəsində yüngül çəki dərəcəsində irlandiyalı Konor Makqreqora qalib gələrək bütün diqqətləri üzərinə cəlb edən dağıstanlı idmançı Həbib Nurməhəmmədov Türkiyəyə gedəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, sosial şəbəkələrdə tez-tez “Qalatasaray” forması ilə fotolarını paylaşan samboçu klub tərəfindən oktyabrın 24-də “Şalke” ilə oynanılacaq Çempionlar Liqası oyununa dəvət alıb. 30 yaşlı idmançının bu təklifi qəbul edib oyunda iştirak edəcəyi bildirilir.
Qeyd edək ki, oktyabrın 6-da keçirilən döyüşdə qalib gəldikdən sonra “sarı-qırmızılılar” idmançının “Galatasaray” forması ilə olan fotosunu paylaşaraq onu təbrik etmişdi.