Türkiyəli rəssam Məhəmməd Əmin Türkmənin dağıstanlı idmançı Həbib Nurməhəmmədovun qrafiti üslubunda çəkdiyi rəsmi sosial şəbəkələrdə maraq doğurub.
Teleqraf.com xəbər verir ki, ötən həftə UFC-229 turniri çərçivəsində yüngül çəki dərəcəsində irlandiyalı Konor Makqreqora qalib gələrək bütün diqqəti üzərinə cəlb edən dağıstanlı idmançı Məhəmməd Əmin Türkmənin bu jestini cavabsız qoymayıb. Həbib Nurməhəmmədov qrafitini 12 milyon təqibçisi olan rəsmi İnstaqram səhifəsində paylaşaraq dəstəyinə görə Türkmənə təşəkkür edib.
“Somewhere in Turkey. Dəstəyinizə görə təşəkkür edirəm”, - deyə samboçu qeyd edib.
Qeyd edək ki, Məhəmməd Əmin Türkmən Həbib Nurməhəmmədovun qrafiti üslubunda rəsmini 15 iyul hadisələri zamanı şəhid olan Ömər Xalisdəmirin Beykozdakı Almalı məhəlləsində qrafitisini həkk etdiyi divara çəkib.