Türkiyənin "Fənərbaxça" klubu baş məşqçi Filipp Kokunu vəzifəsindən azad edib.
Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, klubTürkiyə Superliqasının 10-cu turunda "Ankaragücü"yə 1:3 hesablı məğlubiyyətdən sonra bu qərarı verib. Bu mövsüm uğursuz çıxış edən klubun sonuncu məğlubiyyətindən sonra klub Filipp Koku ilə yollaeını ayırıb.
Qeyd edək ki, "Fənərbaxça" hazırda ölkə çempionatında 9 xalla 15-ci pillədə qərarlaşıb.