"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Avropanın beş ən böyük liqasında qapılara ən çox zərbə vuran oyunçudur.
Teleqraf.com-un "Opta Sports"a istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu bu mövsüm A seriyasında qapılara 88 zərbə vurub. Bunlardan 8-i qolla nəticələnib.
Bu göstəricidə Nikolya Pepe ikinci ("Lill", 55), Serxio Aquero üçüncüdür ("Mançester Siti", 54). Lorenso İnsinye ("Napoli") və Edin Ceko ("Roma") hərəyə 51 zərbə növbəti pillələrdə qərarlaşıb.