21 yaşadək futbolçulardan ibarət milli komandamız ötən gün növbəti oyununu keçirib.
Teleqraf.com xəbər verir ki, Rəşad Sadıqovun komandası Ukraynanın U-20 millisi ilə qarşılaşıb. Yığmamız 0:1 hesabı ilə uduzub.
Ukraynalılar üç ay əvvəl U-19-un heyətində Avropa çempionatının bürünc mükafatını qazanıb. Qitə çempionatının yarımfinalçısı kimi dünya çempionatının final mərhələsinə vəsiqə qazanan Aleksandr Petrakovun komandası mundiala hazırlıq çərçivəsində ilk oyununu yığmamıza qarşı keçirib.
Qeyd edək ki, millimiz növbəti yoxlama oyununu noyabrın 19-da səfərdə Bosniya və Herseqovinaya qarşı keçirəcək.
15 noyabr
Yoldaşlıq oyunu
20:00. Azərbaycan U-21 – Ukrayna U-20 - 0:1
Qol: Musolitin, 80
“Dalğa Arena”