Güney Azərbaycanın “Traktor” (Təbriz) futbol klubu qış transfer pəncərəsində iki əcnəbi oyunçu almağı planlaşdırır.
Teleqraf.com xəbər verir ki, İran Super Liqa yarışlarının 18-ci mövsümünün birinci yarısı, təxminən 2 həftə sonra başa çatacaq.
Fasilədən istifadə edən Təbriz təmsilçisi heyətini əcnəbilərlə gücləndirmək istəyir.
Komandaya cəlb olunacaq oyunçulardan birinin yarımmüdafiəçi, digərinin isə mərkəz müdafiəçisi olacağı bildirilib.
Həmçinin qeyd edilib ki, Li Ervin Təbrizə qayıtmayacağı təqdirdə komandaya bir xarici müdafiəçi də transfer edilə bilər.
Qeyd edək ki, “Traktor”un əcnəbi hücumçuları Antoni Stoks və Li Ervin “Zob Ahən”lə qarşılaşmadan sonra naməlum səbəbdən komandanın məşqlərində iştirak etməyib. Onlar noyabrın 25-də “Traktor”la “Perspolis”in görüşünə də qatılmayıb.