12 Dekabr 2018 23:58
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə "Arsenal"la oyun öncəsi mətbuat konfransı keçirib.

Teleqraf.com-un Ağdam klubunun saytına istinadən yaydığı xəbərə görə, o, sabah yaxşı oyun göstərmək üçün meydana çıxacaqlarını deyib:

"Qrup mərhələsində sonuncu oyunumuzdur, rəqibimiz isə İngiltərənin köklü klublarından "Arsenal"dır və gücü hamıya bəllidir. Bilirik ki, rəqib bu mövsüm çox yaxşı nəticələr göstərir və İngiltərə nəhənglərindən biridir. Sabah da yaxşı oyun göstərmək üçün meydana çıxacağıq və çalışacağıq ki, ən yaxşı formada özümüzü göstərək".

***

Report-un məlumatına görə, İngiltərədə "Arsenal"la Avropa Liqasının qrup mərhələsinin VI tur matçından əvvəl "Qarabağ" klubunun təşkil etdiyi mətbuat konfransına yerli jurnalistlər biganə münasibət göstəriblər.

Baş məşqçi Qurban Qurbanov və futbolçu Maksim Medvedevlə görüşə cəmi 3 media nümayəndəsi qatılıb.

Zalda "BBC Azərbaycanca"nın redaktoru Toğrul Bağırov və özünü "Press Association" nəşrinin əməkdaşı kimi təqdim edən ingiltərəli həmkarımız olub. Halbuki, gündüz saatlarında "Arsenal"ın baş məşqçisi Unay Emerinin mətbuat konfransına xeyli jurnalist qatılıb.

Q.Qurbanov "Report"un bununla bağlı sualına cavab olaraq bildirib ki, ingiltərəli jurnalistlərin "Qarabağ"ın mətbuat konfransına istəksiz yanaşmalarına inanmır. Onun fikrincə, yerli medianın diqqəti bugünkü Çempionlar Liqası qarşılaşmalarına yönəlib. Baş məşqçi zarafatından da qalmayıb:

"Ola bilsin, Çempionlar Liqasının bugünkü oyunları daha çox maraq doğurub və hazırda stadionlardadırlar. Burada təkcə mətbuat işçiləri yox, başqa simalar da var. Onların da şəklini vermək olar".

Dekabrın 13-də Londondakı "Emirates" stadionunda keçiriləcək "Arsenal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.

Qeyd edək ki, "Arsenal" - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə 00:00-da başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər