18 Dekabr 2018 20:35
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün, dekabrın 18-də, AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə bağlı qərarlar çıxarılıb.

“Zirə” – “Səbail” matçının 33-cü dəqiqəsində qonaqların makedoniyalı futbolçusu Tome Kitanovski aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün üç oyun cəzalanıb, klubu 2400 manat cərimə olunub.

“Neftçi” – “Sumqayıt” matçının 88-ci dəqiqəsində Bakı komandasının futbolçusu Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun ilk hissəsi başa çatdıqdan sonra “Sumqayıt”ın məşqçisi Elnur Çodarov və “Neftçi”nin inzibatçısı Qədir Həsənov texniki zona qaydalarını pozublar. Bu səbəbdən texniki zonadan kənarlaşdırılan bu şəxslər bir oyunluq cəzalanıb, hər iki klub 800 manat cərimə olunub.

“Qarabağ” – “Keşlə” matçı başa çatdıqdan sonra Bakı komandasının futbolçusu Kamran Ağayev və klubun Müşahidə Şurasının sədri Zaur Axundov hakimlər otağına icazəsiz daxil olduqlarına görə klub 1600 manat cərimə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər