3 Yanvar 2019 00:58
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə milli komandasının futbolçusu Burak Yılmaz 11 ildən sonra "Beşiktaş"a qayıdıb.

Teleqraf.com xəbər verir ki, 34 yaşlı hücumçu ilə 2,5 illik müqavilə bağlanılıb.

Yılmaz ilk dəfə "ağ-qaralar"a 2006-cı ildə "Antalyaspor"dan keçib. Lakin o, 2008-ci ilin yanvarında Filip Holoşkonun transferi qarşılığında "Manisaspor"a göndərilib. Sonradan Türkiyənin daha 3 nəhəng klubu - "Fənərbağça", "Qalatasaray" və iki dəfə "Trabzonspor"un formasını geyinmiş təcrübəli forvard Çinin "Beytszin Qoan" klubunda legioner həyatı da yaşayıb. O, son 1,5 ildə Trabzonda çıxış edib.

Türkiyə millisinə də dəvət alan Yılmaz 51 oyuna 23 qol vurub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər