6 Yanvar 2019 13:07
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ” klubu qış-təlim məşq toplanışı üçün Antalyaya yollanıb.

Teleqraf.com klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gün səhər saatlarında Türkiyəyə yola düşüb. Qurban Qurbanovun kollektivi qardaş ölkədə 3 həftəlik hazırlıq keçəcək.

Qeyd edək ki, “Qarabağ” Antalyada olduğu müddətdə 5 yoxlama oyununda gücünü sınayacaq. Yanvarın 12-də Rumıniyanın “Botoşani”, 16-da Özbəkistanın “Paxtakor”, 19-da Çexiyanın “Bohemians”, 23-də Polşanın “Piast”, 26-da isə Ukraynanın “Şaxtyor” (Donetsk) klubları ilə qarşılaşacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər