17 Yanvar 2019 23:30
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqor arasında revanş döyüşü baş tutmaya bilər.

Teleqraf.com xəbər verir ki, Həbib təkrar döyüşə çıxmaq istəmdiyini bildirib. O, “TMZ Sports”a açıqlamasında irlandiyalı idmançı ilə yenidən qarşılaşmağın mənasız olduğunu deyib: “Revanş görüşü nəyə lazımdır? Konor qalib gəldiyim döyüşdən əvvəl də çox danışırdı. Amma biz rinqə çıxandan sonra heç nə edə bilmədi”.

Xatırladaq ki, H.Nurməhəmmədov ötən ilin oktyabr ayında Las-Veqasda keçirilən döyüşdə Konor Makqreqora qalib gəlib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər