24 Yanvar 2019 23:28
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kardiff”in yeni transferi Emiliano Salanın da içində olduğu, itkin düşən təyyarənin axtarışları dayandırılıb.

Teleqraf.com xəbər verir ki, barədə Qernsi adasının polis bölməsinin “Tvitter” səhifəsin məlumat yayıb.

Polisin bəyanatında bildirilir ki, intensiv axtarışlar başa çatıb: "Biz bütün mümkün məlumatları təhlil etmişik. Axtarış sahəsi 1.700 kvadrat mil təşkil edib. Araşdırmaya 3 təyyarə, 5 vertolyot, 2 xilasetmə gəmisi və digər gəmilər, həmçinin balıqçı gəmiləri də cəlb edilmişdi. Bu qərarı vermək asan başa gəlmədi. Axtarış dayansa da, iş hələ də açıq qalır”.

Xatırladaq ki, İngiltərə Premyer Liqasa çıxış edən "Kardiff" Emiliano Salanı "Nant"dan 20 milyon avroya transfer edib. Fransa "Nant"ından ayrılan argentinalı hücumçu Kardiffə xüsusi təyyarə ilə yola salınıb. Təyyarə mənzil başına çatmazdan yarım saat əvvəl radardan itib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər