29 Aprel 2014 14:59
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Real”ın ulduzu Ronaldo bu gün yeni rekord müəyyənləşdirə bilər. Buna görə də, ulduz futbolçu Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə cavab matçında qol vurmalıdır.

Teleqraf.com-un verdiyi xəbərə görə, bu barədə ispaniya mətbuatı məlumat yayıb.

Cari mövsüm ÇL-də 14 dəfə fərqlənən portuqaliyalı ulduz Münhen təmsilçisinin qapısına yol taparsa, Çempionlar Liqası tarixində bir mövsümdə ən çox qol vuran yeganə futbolçu olacaq. Hazırda Ronaldo Messi ilə birgə bu rekorda şərikdir.

29 yaşlı oyunçu "Bavariya" ilə görüşdə het-trikə imza atarsa, ÇL tarixinin indiyə kimi ən çox fərqlənən futbolçusu Messiyə çatacaq.

Hazırda Ronaldo 67 qolla siyahıda üçüncü pillədədir.

Aygün İlqarqızı


Müəllif: