20 Fevral 2019 01:00
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger futbolsuz qala bilmir.

Teleqraf.com xəbər verir ki, fransalı mütəxəssis Britaniya mətbuatına açıqlamasında futbolla nəfəs aldığını bildirib:

“Səhər yuxudan duranda dərhal bu gün hansı oyunun olduğunu düşünürəm. Bu mənim həyatımdır. Məndə futbol virusu var. Onsuz qala bilmərəm”.

Qeyd edək ki, 1996-2018-ci illərdə “Arsenal”ı çalışdırmış Venger London klubu ilə 3 dəfə Premyer Liqa çempionu olub, 7 dəfə İngiltərə kuboku və eyni sayda İngiltərə superkubokunu qazanıb.


Müəllif: Teleqraf.com