1 Sentyabr 2014 22:27
792

Amit Quluzadə Portuqaliyada debüt edib.

ANS PRESS-in məlumatına görə, Lissabon "Atletiko"suna keçən futbolçumuz "Trofense" ilə oyunda meydana çıxıb.

Start heyətində yer alan Quluzadə 28-ci dəqiqədə sarı vərəqə alıb və 37-ci dəqiqədə Manuel Palakios tərəfindən əvəzlənib.

Amitlə yanaşı, "Bakı"nın sabiq üzvü İbrahim Karqbo da start heyətində yer alıb və 81 dəqiqə oynayıb. Oyun "Trofense"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Müəllif: