Yaponiya cüdoçusu Ai Şişime Bakıda keçirilən ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Böyük Dəbilqə" görüşündə xoşagəlməz halla üzləşib.
"Report" xəbər verir ki, 52 kq çəkidə mübarizə aparan asiyalı idmançı fransalı Buçard Amandine final görüşündə zədələnib və yarışı davam etdirə bilməyib. O, zalı məşqçisinin kürəyində tərk edib.
Qeyd edək ki, A.Şişime ötən il Bakıda keçirilən dünya çempionatında da ikinci olub.