"Krılya Sovetov" komandası 2019/2020 mövsümü üçün Rusiya Premyer Liqasındakı yerini qoruyub.
Teleqraf.com xəbər verir ki, Samara təmsilçisi I Divizion təmsilçisi "Nijni Novqorod"la keçid cavab oyununda sərfəli nəticəyə imza atıb.
"Samara Arena"da təşkil olunmuş qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 45-ci dəqiqədə Daniil Fomin vurub. İlk görüşdə "Krılya Sovetov" 3:1 hesablı səfər qələbəsinə imza atdığı üçün iki oyunun nəticəsində Premyer Liqada qala bilib.
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev bu görüşdə də "Krılya Sovetov"un start heyətində yer alıb.