"Yuventus" Türkiyə millisinin üzvü Merih Demiralı heyətinə qatıb.
Teleqraf.com klubun saytına istinadən yaydığı xəbərə görə, 21 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün Turin təmsilçisi türk oyunçunun müqavilə ilə məxsus olduğu "Sassuolo"ya 18 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, M.Demiral ötən mövsümün qış fasiləsində "Alanyaspor"dan İtaliya klubuna keçmişdi.