17 İyul 2019 22:58
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Teleqraf.com-un məlumatına görə, Ağdam klubu "Dalğa Arena"da "Partizani"ni qəbul edir. Qarşılaşma yerli vaxtla 21:00-da başlayıb.

Tiranadakı ilk matçda qolsuz bərabərliyə razılaşan Qurban Qurbanovun komandası doğma azarkeşləri önündə qələbə qazanıb, mərhələni keçməyə çalışacaq. "Qarabağ" Albaniya klubunu mübarizədən kənarlaşdıracağı halda, 2-ci raundda "Riqa" - "Dandolk" cütünün qalibi ilə üz-üzə gələcək.

Çempionlar Liqası

1-ci təsnifat mərhələsinin cavab oyunu

17 iyul

21:00. "Qarabağ" (Azərbaycan) - "Partizani" (Albaniya) - 2:0

Qollar: Filip Ozobiç, 51, Dani Kintana, 90+4

Hakimlər: Dumitru Muntean, Vladislav Lifçiu, Andrey Bodean, Aleksandru Tean

İlk oyun - 0:0
Bakı, "Dalğa Arena"


Müəllif: Teleqraf.com