Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Dundalk"la ilk oyununda (1:1) zədələnən Maksim Medvedev cavab matçında meydana çıxa bilər.
Teleqraf.com-un klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, 29 yaşlı müdafiəçi artıq zədəsini sağaldıb. Artıq komanda ilə birlikdə məşqlərə başlayan futbolçunun İrlandiya çempionuna qarşı oynayacağı istisna olunmur.
Qeyd edək ki, Dublindəki görüşün 53-cü dəqiqəsində zədələnən Maksim Abbas Hüseynovla əvəzlənmişdi.
Əlavə edək ki, iyulun 31-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Dundalk" oyunu yerli vaxtla 21:00-da başlayacaq.