"Real" Neymar üçün PSJ-yə yeni təklifini göndərib.
Teleqraf.com xəbər verir ki, Madrid klubunun braziliyalı hücumçu üçün Paris təmsilçisinə Luka Modriç və 120 milyon avro verməyə hazır olduğu bildirilib.
27 yaşlı futbolçu bu təklifə müsbət cavab verəcəyi təqdirdə, transferin tamamlanacağı iddia olunub.
Qeyd edək ki, Neymar 2017-ci ildən "Barselona"dan 222 milyon avroya PSJ-yə transfer olunub.