11 Avqust 2019 20:12
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Şahmat Federasiyası dünya kuboku yarışlarında püşkatmanın nəticələrini dərc edib.

Teleqraf.com xəbər verir ki, Xantı-Mansiyskdə 128 şahmatçının, o cümlədən Azərbaycanın 5 şahmatçısının qatılacağı nüfuzlu yarışda ilk rəqiblər məlum olub. Birinci turda Şəhriyar Məmmədyarov madaqaskarlı Antenaina Rakotomaharo, Teymur Rəcəbov farerli Helci Deam Ziska, Arkadi Naydiç almaniyalı Niklas Huşenbert, Eltac Səfərli ameriaklı Sem Şankland, Nicat Abbasov polşalı Kasper Piorunla mübarizə aparacaqlar.
Dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır.

Yarışın finalçıları dünya çempionu Maqnus Karlsenə qarşı matçda iştirak etmək üçün şans qazanacaqlar.

Şahmatçılarımız Ş.Məmmədyarov və T.Rəcəbovun iddiaçılar turnirinə FIDE-nin Qran-priləri vasitəsilə də vəsiqə əldə etmək imkanları var. Ümumiyyətlə, hər iki şahmatçımızın iddiaçılar turnirinə düşməsi üçün dünya kuboku daha bir şansdır.
Sentyabrın 9-da start götürəcək turnirin ümumi mükafat fondu 1 milyon 600 min ABŞ dollarıdır. Turnirin qalibi 110 min dollar mükafat alacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər