12 Avqust 23:43

Hollandiya millisinin sabiq üzvü Uesli Sneyder futbolçu karyerasını başa vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə 35 yaşlı oyunçunun özü məlumat verib. O, "Utrext" klubunun stadionundan 1 illiyə loja aldığını bildirib.

Qeyd edək ki, U.Sneyderin son klubu "Al-Qarafa" (Qətər) olub. O, karyerası ərzində "İnter", "Real", "Ayaks" və "Qalatasaray" və "Nitsa"da oynayıb.


Müəllif: Teleqraf.com