Azərbaycan Premyer Liqasının IV turunun son oyunu keçirilir.
Teleqraf.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ”la “Neftçi” komandaları üz-üzə gəlib.
Hakimlər Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədovun idarə etdiyi oyunda iki qol vurulub.
31-ci dəqiqədə "Qarabağ"ın hücumçusu Mahir Emreli hesabı açıb. 69-cu dəqiqədə isə Abdulla Zubir meydan sahiblərinin ikinci qoluna imza atıb. Beləliklə, görüş "Qarabağ"ın 2-0 hesablı qələbəsi ilə başa çatıb.