FİFA ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu, “Barselona”nın kapitanı Lionel Messidir.
Argentinalı hücumçu “Yuventus”un futbolçusu Kriştiano Ronaldo və “Liverpul”un müdafiəçisi Vircil van Deyklə mübarizədən qalib ayrılıb. 32 yaşlı futbolçu altıncı dəfədir bu mükafata layiq görülür. O, 2009, 2010, 2011, 2012 və 2015-ci ildə ən yaxşı seçilmişdi.
İlin ən yaxşı məşqçisi “Liverpul”un çalışdırıcısı Yurgen Klopp seçilib. O, həmkarları Maurisio Poçettino (“Tottenhem” ) və Xosep Qvardiolanı (“Mançester Siti”) arxada qoyub.
İlin ən yaxşı qapışısı “Liverpul”dan Alisson Bekker olub. Braziliyalı qolkiper digər namizədlər Ederson (Braziliya, “Mançester Siti”) və Andre Ter-Şteqeni (Almaniya, “Barselona”) qabaqlayıb.
Ən yaxşı qadın futbolçu adına isə Meqan Rapinoe (ABŞ, “Reyg”) sahib çıxıb. O, Lusi Bronz (İngiltərə, “Lion”) və Aleks Morqanı (ABŞ, “Orlando Prayd”) arxada qoyub.