25 Sentyabr 2019 23:30
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son olaraq "Adana Demirspor"u çalışdıran Ümit Özat Azərbaycanda işləyə bilər.

Teleqraf.com xəbər verir ki, "Sabah" türk mütəxəssislə maraqlanır. Bakı klubunun nümayəndələrinin 42 yaşlı çalışdırıcı ilə danışıqlar aparmaq üçün İstanbbulda olduğu bildirilib.

Qeyd edək ki, Ü.Özat karyerası ərzində "Ankaragücü", "Manisaspor", "Elazığspor", "Boluspor", "Samsunspor", "Mersin İdmanyurdu", "Gənclərbirliyi", "Giresunspor"u çalışdırıb.

Xatırladaq ki, "Sabah" baş məşqçisi Elşad Əhmədovla qarşılıqlı razılıq əsasında yolları ayırıb. İqor Ponomaryov komandanın müvəqqəti baş məşqçisi təyin olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər