İspaniya La Liqasında 7-ci tura start verilib.
Teleqraf.com xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Vilyarreal” doğma azarkeşləri qarşısında “Betis”i qəbul edib. Altı qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
“Barselona” “Xetafe” səfərinə yollanıb. Kataloniya təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.
“Valensiya” səfərdə “Atletik”i, “Qranada” isə doğma meydanda “Leqanes”i minimal hesabla üstələyib.
7-ci turun mərkəzi görüşü Madriddə keçirilib. “Atletiko” öz meydanında lider “Real”la münasibətlərinə aydınlıq gətirib. Paytaxt derbisində qapılara qol vurulmayıb.
“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sevilya” isə “Real Sosyedad”la üz-üzə gələcək.
İspaniya La Liqası, 7-ci tur
27 sentyabr
Vilyarreal – Betis 5:1
Qol: Ekambi, 39; 76. Kasorla, 68-pen – Emerson, 48. Moreno, 90+2. Çukvueze, 90+5.
28 sentyabr
Atletik – Valensiya 0:1
Qol: Çerışev, 27.
Xetafe – Barselona 0:2
Qol: L.Suares, 41. Junior, 49.
Qranada – Leqanes 1:0
Qol: Puertas, 28.
Atletiko – Real 0:0
29 sentyabr
14:00 Espanyol – Valyadolid
16:00 Eybar – Selta
18:00 Alaves – Malyorka
20:30 Levante – Osasuna
23:00 Sevilya – Real Sosyedad