29 Sentyabr 2019 15:45
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyinin komanda yarışlarında Azərbaycan millisi tarixində ilk dəfə finala çıxıb.

Azərbaycan Cüdo Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, yığma Çin Taypeyi, Avstraliya və Rusiya komandalarına qalib gəlib. Həlledici görüşdə rəqib Yaponiya olacaq.

Qeyd edək ki, fərdi yarışda Kamran Süleymanov (60 kq) gümüş, Vüqar Talıbov (73 kq) bürünc medala sahib çıxıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər