Millimizin qapıçısı Emil Balayev özünə məxsus olan rekordu yeniləyib.
Teleqraf.com xəbər verir ki, “Tobul”un üzvü olan 25 yaşlı futbolçumuz Qazaxıstan “Jetisu” ilə dünən keçirilən Qazaxıstan çempionatının 28-ci turunun oyununda da (0:0) qapısını toxunulmaz saxlayıb. Bununla da onun ardıcıl qol buraxmadığı matçların sayı 8-ə çatıb.
Emil sonuncu dəfə iyulun 28-də “Kaysar”la ev matçında (0:2) qol buraxıb. Ümumilikdə o, 699 dəqiqədir çərçivəni toxunulmaz saxlayır. Balayev bununla cari mövsümdə özünə məxsus olan 683 dəqiqəlik rekordu yeniləyib.