29 Sentyabr 2019 18:26
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mercedes”in pilotu Lüis Hemilton “Formula 1” üzrə Rusiya Qran-prisinin qalibi olub.

Teleqraf.com xəbər verir ki, arışda ikinci yerə onun komanda yoldaşı Valteri Bottas, üçüncü yeri isə "Ferrari"nin pilotu Şarl Leklertutub.

Hemilton bununla 4-cü dəfəRusiya Qran-prisinin qalibi olub. O, bundan əvvəl 2014, 2015 və 2018-ci illərdə Soçi yarışmasının birincisi olub.

Xatırladaq ki, 2019-cu il mövsümündə Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçirilib və Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas birinci yeri tutub. 2020-ci ildə Bakıdakı yarış 5 – 7 iyunda olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər