30 Sentyabr 2019 01:16
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulub.

Teleqraf.com xəbər verir ki, son oyun gününə daha iki görüş keçirilib. Mövsümə uğursuz başlayan, turnir cədvəlinin son pilləsində qərarlaşan "Sabah" öz meydanında 2-ci pillənin sahibi "Səbail"lə qarşılaşıb. Yeni baş məşqçi İqor Ponomaryovun rəhbərliyi altından birinci oyununa çıxan "Sabah" bu matçda mövsümdə ilk qələbəsini qazanıb - 3:0. Bununla da, "Sabah" son pillədən 7-ci yerə yüksəlib.

Günün digər matçında isə 7 xalla turnir cədvəlinin 4-cü, 5-ci pilləsində qərarlaşan "Keşlə" və "Zirə" üz-üzə gəlib. Görüş "Keşlə"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


29 sentyabr (bazar)

19:45. “Keşlə” – “Zirə” - 2:0

Qol: Ruslan Qurbanov, 53, Lorenso Frutos, 64
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Fərid Hacıyev
“ASCO Arena”

17:30. “Sabah” – “Səbail” - 3:0
Qollar: Coşqun Diniyev, 78, Cavid İmamverdiyev, 85, Şakir Seyidov, 90+4
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Nicat İsmayıllı
“Bank Respublika Arena”

27 sentyabr

“Qarabağ” – “Sumqayıt” - 2:0


28 sentyabr

“Qəbələ” – “Neftçi” - 0:3


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər