“Bavariya” bundesliqanın 10-cu turunun “Ayntraxt”a qarşı səfər matçında 1:5 hesabı ilə uduzub.
Teleqraf.com xəbər verir ki, münhenlilər daxili çempionatda belə ağır uğursuzluğa son dəfə 2009-cu ilin aprelində “Volfsburq”la matçda (1:5) məruz qalmışdı.
Hazırda “Bavariya” lider “Borussiya”dan (Münhenqladbax) 4 xal geri qalmaqla 4-cü yeri tutur.