APOEL-in yarımmüdafiəçisi Draqan Mixayloviç “Qarabağ”a qarşı keçiriləcək Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun oyunu haqda fikirlərini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, kiprli jurnalistlərə müsahibəsində o, qarşıdakı oyunun çox əhəmiyyətli olduğunu söyləyib.
“Biz bu matçda qələbə qazanmalıyıq və lazım olsa, meydanda ölməliyik. Hamıya göstərmək istəyirik ki, ən güclü komandayıq”.
Xatırladaq ki, APOEL – “Qarabağ” görüşü noyabrın 7-də Nikosiyada keçiriləcək.