"Qarabağ" futbol klubu ciddi itki ilə üzləşib.
Teleqraf.com xəbər verir ki, klubun gənc futbolçusu Mahir Emreli Azərbaycan Premyer Liqasının son turunda "Neftçi" ilə oyunda zədələnib. Həkim müayinəsindən sonra 4 həftə yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşən 22 yaşlı hücumçunun Avropa Liqasında APOEL və "Sevilya" ilə səfər matçlarını da buraxacaq.