9 Noyabr 2019 00:26
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millimizin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiya "Dinamo"sunun yeni baş məşqçisi müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, bu vəzifəyə Kirill Novikov təyin edilib. Onunla bu mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Dmitri Xoxlovun istefaya göndərilməsindən sonra baş məşqçi səlahiyyətlərini məhz K.Novikov yerinə yetirirdi.

Xatırladaq ki, Moskva təmsilçisi 15 turdan sonra 15 xalla 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.


Müəllif: Teleqraf.com