"Liverpul"un baş məşqçisi Yürgen Klopp İngiltərə Premyer Liqasının 12-ci turunda "Mançester Siti" ilə oyun öncəsi fikirlərini bildirib.
Teleqraf.com klubun saytına istinadən xəbər verir ki, o, qələbə qazanmaq istədiklərini deyib: "Bunun reallaşması üçün əlimizdən gələn hər şeyi etməyə çalışacağıq. Bundan sonra vəziyyəti qiymətləndirəcəyik. Mövsüm bu oyunla bitməyəcək. Ancaq "Mançester Siti" ilə görüşün böyük bir matç olduğunu başa düşürük. Bütün dünya bu oyunu izləyəcək. Mən olsaydım, 100 faiz baxardım. Tanıdığım hər kəs izləyəcək. Buna görə çox vacib oyundur. Matç gününü səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, "Liverpul" - "Mançester Siti" qarşılaşması noyabrın 10-u keçiriləcək. Hazırda turnir cədvəlində "Liverpul" 31 xalla 1-ci, "Mançester Siti" 25 xalla 2-cidir.