10 Noyabr 2019 16:44
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turuna iki qarşılaşma ilə yekun vurulacaq.

Teleqraf.com xəbər verir ki, turun ikinci oyun gününün ilk görüşündə “Sabah” klubu öz meydanında “Sumqayıt” komandasını qəbul edəcək. Oyunun baş hakimi İnqilab Məmmədov olacaq. Matç saat 16:30-da başlayacaq.

"Qartallar" səfər matçında xal itirsələr, 4-cü yerin yeni sahibi Masazırdakı görüşdən sonra müəyyənləşəcək. İlk oyun günündə səfərdə “Qəbələ”yə 0:3 hesabı ilə uduzan “Səbail”in bu gün 4-cü pilləni əldən verəcəyi dəqiqdir. “Sumqayıt” səfər matçında hətta heç-heçə edəcəyi təqdirdə, 12 xalla 4-cü pilləyə yiyələnəcək. Əks halda, həmin pillə xallarını 13-ə çatdıracaq “Sabah”a qismət ola bilər. Hazırda 10 xalla 6-cı pillədə qərarlaşan paytaxt klubu “gənclik şəhəri” təmsilçisindən 1 xal və 1 pillə geri qalır.

İndiyədək iki komanda 5 oyun keçirib. “Sabah” 1, “Sumqayıt” 3 qələbə qazanıb, 1 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də “gənclik şəhəri” təmsilçisi öndədir.

Günün sonuncu görüşü son çempion “Qarabağ” və “Zirə” komandaları arasında olacaq.

Hazırda 26 xalla 1-ci yerdə olan ağdamlılar ötən gün "Neftçi"nin səfərdə “Keşlə”yə 1:2 hesablı məğlubiyyətindən sonra əlverişli fürsət əldə ediblər. “Qarabağ” “Zirə”ni məğlub etsə xallarını 29-a yüksəldəcək. Bununla da “Qarabağ” ən yaxın izləyicisini 10 xal geridə qoyacaq.


Müəllif: Teleqraf.com