La Liqanın 14-cü turunun dünən “Real Sosyedad”a qarşı matçında (3:1) “Real” azarkeşləri komandalarının futbolçusu Qaret Beylə etirazlarını bildiriblər.
Teleqraf.com xəbər verir ki, uelsli futbolçu 67-ci dəqiqədə əvəzetmədən oyuna daxil olarkən və bundan sonra topa hər toxunuşunda fitə basılıb.
Beyl 3-cü qolun vurulması hücumunda iştirak edib. Bu zamab digər “Real”lı Kazemiro qol sevincini uesli futbolçuya bölüşməyə gəlib. Bununla komandada onunla hər hansı problemin olmadığını nümayiş etdirməyə çalışsa da, azarkeşlər yenə sakitləşməyib. Onlar Beyli fitə basmaqda davam ediblər.