"Real" futbolçusu Qaret Beyl gələcəkdə yenidən "Tottenhem"də oynamaq istəyir.
Qol.AZ-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, hələ də "Tottehehem" azarkeşlərini unuda bilmədiyini deyib:
"Onlar ən pis vaxtlarımda belə məni dəstəklədilər. Ümid edirəm ki, azarkeşlər "Real"a transferlər olunmağıma baxmayaraq, məni hələ də sevirlər. "Real" kimi bir kluba keçdiyim barədə qərarıma hörmətlə yanaşırlar. Gələcəkdə yenidən "Tottenhem"ə geri dönə bilərəm".