Türkiyə Superliqa təmsilçisi "Antalyaspor"un yeni baş məşqçisi müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, bu vəzifəyə Tamer Tuna təyin edilib. Onunla 1.5 illik müqavilə imzalanacaq. 43 yaşlı mütəxəssis istefaya göndərilən Stepan Toması əvəzləyib.
Qeyd edək ki, T.Tuna son olaraq "Göztepe"ni çalışdırıb.