"Monako"nun hücumçusu Henri Onyekurunun “Qalatasaray”a keçidi rəsmiləşib.
Teleqraf.com xəbər verir ki, İstanbul təmsilçisi Nigeriya millisinin üzvünü icarəyə götürüb. O, mövsümün sonuna qədər "sarı-qırmızılar"da çıxış edəcək. Onyekuru yeni klubunda 70 nömrəli formanı geyinəcək.
"Qalatasaray" bu keçid üçün "knyazlıq klubu"na 750 min avro təzminat ödədiyini də açıqlayıb. Onyekuru bu müddət ərzində 650 min avro maaş alacaq.
Qeyd edək ki, Onyekuru ötən mövsüm icarə əsasında "Qalatasaray"da oynayıb. "Monako" yayda nigeriyalını "Everton"dan 13,5 milyon avroya transfer edib.